C. Koreya HHQ “Airbus 330” nəqliyyat təyyarəsi əldə edib

2018/11/Repub-1542204103.jpg
Oxunub: 322     20:59     14 Noyabr 2018    
Cənubi Koreya Hərbi Hava Qüvvələri ilk “Airbus A330” çoxfunksiyalı hərbi nəqliyyat tankerini əldə edib.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə istehsalçı şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarə “Airbus”un İspaniyadakı yekun yığılma məntəqəsindən havaya qalxdıqdan sonra Busandakı “Gimhae” aviabazasına eniş edib. Onun burada quru və uçuş sınaqlarından keçiriləcəyi bildirilir.

Bu zaman Cənubi Koreya HHQ-yə firmadan olan komanda köməklik edəcək. Sınaqlar ərzində komanda Cənubi Koreyada fəaliyyət göstərəcək, lakin sınaq mərhələsinin nə qədər davam edəcəyinə dair açıqlama verilməyib.

Qeyd edək ki, Cənubi Koreya ümumilikdə dörd belə təyyarə əldə edəcək. O, regionda Sinqapurdan sonra həmin təyyarələrdən əldə edən ikinci ölkədir. Sinqapur bu ilin avqustunda ilk A330-nu qəbul edib.

Xatırladaq ki, bu təyyarələrin Cənubi Koreyaya çatdırılmasına dair müqavilə hələ 2015-ci ildə imzalanıb və onun dəyəri 1,26 milyard dollardır. Bu zaman təyyarə KC-46 “Pegasus” və “Israel Aerospace Industries”in təkliflərinə qalib gəlmişdi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   Airbus330  

C. Koreya HHQ “Airbus 330” nəqliyyat təyyarəsi əldə edib

2018/11/Repub-1542204103.jpg
Oxunub: 323     20:59     14 Noyabr 2018    