Hipersəs silahlar nədir və DARPA onları dayandırmaqda niyə maraqlıdır?

2018/11/10052-1542203917.jpg
Oxunub: 392     20:43     14 Noyabr 2018    
Rusiya və Çinin səsdən 20 dəfəyə qədər sürətli yeni hipersəs silahlar təkmiləşdirməsindən narahat olan Pentaqon ən qısa zamandan bu silahlara qarşı müdafiəni təmin edəcək texnologiya axtarışındadır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu mənada Pentaqonun yeni texnologiyaların təkmilləşdirilməsindən məsul qurumu Müdafiə sahəsində Qabaqcıl Tədqiqat Layihələri İdarəsinin (DARPA) ötən həftəki bəyanatı maraq doğurur.

Bəyanatda bildirilib ki, DARPA özünün “Glide Breaker” hipersəs silahların zərərsizləşdirilməsi proqramına tez bir şəkildə təkliflər verilməsini gözləyir.

DARPA yuxarı atmosferdə manevr edən hipersəs təhdidləri zərərsizləşdirmə imkanına malik qabaqcıl raketlərin əldə edilməsini təmin edəcək texnologiyanı əldə etmək istəyir.

ABŞ-ın Strateji Komandanlığının rəhbəri general Con Hayten hələ mart ayında hipersəs silahlardan müdafiə ilə bağlı xəbərdarlıq edib. O bildirmişdi ki, Çin və Rusiya artıq hipersəs imkanlarını sınaqdan keçirir.

“Çin hipersəs imkanlarını sınayıb. Rusiya da, elə biz də. Hipersəs qabiliyyətlər əhəmiyyətli məsələdir. Bizim bu təhdidləri aradan qaldırmaq üçün çoxsaylı və müxtəlif növ sensora ehtiyacımız ola bilər. Düşmənlərimiz də bunu bilir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, hipersəs silahlar Max 5 yaxud 3806 mil/saat sürətlə hərəkət edə bilən silahlara deyilir. Bu silahlar kosmosa yüksələ bilir və öz hədəflərinə qarşı bir təyyarənin izlədiyi trayektoriyaya oxşar formada hərəkət edərək yüksək sürət yığmaq üçün aerodinamik qüvvədən istifadə edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hipersəs-raketlər   ABŞ  

Hipersəs silahlar nədir və DARPA onları dayandırmaqda niyə maraqlıdır?

2018/11/10052-1542203917.jpg
Oxunub: 393     20:43     14 Noyabr 2018    