Rusiya Norveçi işğal edə bilər yoxsa, NATO pulunu boşuna xərcləyir?

2018/11/5beae-1542203777.jpg
Oxunub: 394     21:55     14 Noyabr 2018    
Özünün ən sonuncu hərbi təlimlərində NATO qoşunları Norveçi işğal edən şərti rəqibə qarşı mübarizə senarisini canlandırdılar. Bəs bu senari hərbi və siyasi reallıq üzərində qurulub, yaxud Rusiya təhdidi həqiqətən də artır?

Ordu.az RT-yə istinadən xəbər verir ki, bu məsələni hərbi şərhçi Mixayıl Xodarenok müzakirə edib.

“Gəlin bir şeyi aydınlaşdırmağa çalışaq – Rusiyanın Norveçi işğal etməsi nəzəri olaraq mümkündür? Mən bir şeyi vurğulamalıyam ki, bu zaman hərbi və siyasi aspektlərə toxunmuruq. Sadəcə bu şeylərin strateji, əməliyyat və texniki tərəflərinə fokuslanmaq lazımdır. Norveçin mərkəzi hissəsini ələ keçirmək üçün Rusiya Silahlı Qüvvələri quru, dəniz və hava əməliyyatlarının vəhdətini təşkil edən hərtərəfli hücum həyata keçirməlidir. Bu zaman dəniz və hava gücündən düşmənə təzyiq üçün istifadə edilir. Məsələn 1944-cü ilin iyununda baş vermiş “Overlord” əməliyyatı bu növ əməliyyatın klassik nümunəsidir”, - deyə Xodarenok bildirib.

Onun sözlərinə görə, bu gün belə bir miqyasda əməliyyatı Norveçdə həyata keçirmək mümkün deyil. Lakin hətta nəzəri situasiyanı nəzərdən keçirsək və Sovet ordusunun təcrübələrindən istifadə etsək, görərik ki, bunun üçün çoxsaylı aviasiya diviziyası, briqadalar, amfibiya qüvvələri və bölmələri tələb olunur. Eyni zamanda çox sayda mexanikləşdirilmiş piyada alayı də bu əməliyyatda uğurla təmsil olunmalıdır.

“Rusiya Silahlı Qüvvələrinin hava diviziyaları var, amma belə bir əməliyyat üçün bir neçə nəqliyyat təyyarəsi lazımdır ki, Rusiya Aerokosmik Qüvvələrində də bunun olmadığını nəzərə alsaq, ssenarinin mümkün olmadığını anlayarıq”, - deyə analitik vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Rusiya Norveçi işğal edə bilər yoxsa, NATO pulunu boşuna xərcləyir?

2018/11/5beae-1542203777.jpg
Oxunub: 395     21:55     14 Noyabr 2018    