MBDA MMP tank raketinin dəniz versiyasını təqdim edib

2018/11/MBDA--1542203502.jpg
Oxunub: 346     20:10     14 Noyabr 2018    
MBDA özününün “Missile Moyenne Portee” (MMP) idarəolunan tank raketinin beşinci nəslinin dəniz versiyasını nümayiş etdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, nümayiş Fransada “Euronaval 2018” texnologiya konfransında baş tutub.

Bildirilir ki, Fransa silahlı qüvvələri yay boyunca Cibutidə raketin etibarlığı və effektivliyinin dəyərləndirilməsi məqsədilə onun sınaqlarını keçirib.

Sınaqlar zamanı ümumilikdə 9 MMP raketi atılıb ki, bunların hamısı nişan aldıqları hədəfləri dəqiq vurub.

Qeyd edək ki, MMP idarəolunan tank əleyhinə raket Fransa ordusunda MILAN raket sistemlərinin əvəzlənməsi məqsədilə ərsəyə gətirilib. O, atdım-unutdum rejimindən istifadə edə bilir. Bununla yanaşı raket 4000 metr məsafədə olan tank və digər möhkəm hədəflərin zirehini dələ biləcək tank əleyhinə partlayıcı döyüş başlığından da istifadəyə qadirdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: MBDA   MMP  

MBDA MMP tank raketinin dəniz versiyasını təqdim edib

2018/11/MBDA--1542203502.jpg
Oxunub: 347     20:10     14 Noyabr 2018    