2019-cu il büdcəsində Ermənistan MN-ə ayrılan vəsait artırılıb

2018/11/f5b15-1542203198.jpg
Oxunub: 370     17:44     14 Noyabr 2018    
Ermənistan parlamenti 2019-cu il üçün büdcə layihəsi sənədini qəbul etmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, Respublikaçılar fraksiyasından olan deputat Koryun Nahapetyan məlumat verib.

Onun sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsi layihəsində müdafiə sahəsi və müdafiə nazirliyinin büdcə ayırmaları artırılıb. Müdafiə sahəsinə ayrılan artım vəsaiti 65 milyard dram təşkil edir. Müdafiə nazirliyinə ayrılan əlavə vəsait isə 38 milyard dram təşkil edir. Müdafiə sahəsinə ayrılan vəsait ümumi büdcənin 20%-ni, ÜDM-un isə 4%-ni təşkil edir.

Erməni deputatın sözlərinə görə, daim növbəti müharibəyə hazır olmaq lazımdır.

"Əgər müharibə baş verərsə büdcə bölgüsü yenidən aparıla bilər. Artımlar ilk növbədə silahlanma və hərbi texnikanın əldə edilməsinə, əsaslı təmirinə və qulluq sahələrinə aiddir. Bununla yanaşı, raket artilleriya silahlanması, hava hücumundan müdafiə sahəsinin hərbi ehtiyacları və digər sahələri də əhatə edir. Həmçinin Ermənistanın hərbi istehsal sənayesinin inkişafı da nəzərdə tutulur", - deyə o qeyd edib.

O, əlavə edib ki, artımların olmasına baxmayaraq, zabitlərin mənzil təminatı hələlik qeyri-müəyyən olaraq qalır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Hərbi-büdcə  

2019-cu il büdcəsində Ermənistan MN-ə ayrılan vəsait artırılıb

2018/11/f5b15-1542203198.jpg
Oxunub: 371     17:44     14 Noyabr 2018    