Hindistan Baş naziri Sinqapurda ABŞ-ın vitse-prezidenti ilə görüşüb

2018/11/Pecfi-1542194995.jpg
Oxunub: 701     15:28     14 Noyabr 2018    
Hindistan Baş naziri Narendra Modi ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü zamanı terror və Hind-Sakit okean regionunda əməkdaşlıqla bağlı müzakirələr aparıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan XİN-in mətbuat katibi Raviş Kumar bildirib.

O qeyd edib ki, iki lider Sinqapurda Şərqi Asiya Sammiti çərçivəsində səmimi bir görüş keçirib.

Kumarın sözlərinə görə, regional və qlobal məsələlərdə strateji tərəfdaşlığın bütün aspektləri üzrə məhsuldar müzakirələr aparılıb.

Qeyd olunur ki, görüşdə bir sıra qarşılıqlı maraq doğuran ikitərəfli və qlobal məsələlər, o cümlədən müdafiə və ticarət əməkdaşlığı, terrorizmlə mübarizənin yolları, azad və açıq Hind-Sakit okean regionunun qorunması üçün lazım olan bir sıra mövzular müzakirə olunub.

İlkin Məmmədov
Ordu.az

Teqlər:

Hindistan Baş naziri Sinqapurda ABŞ-ın vitse-prezidenti ilə görüşüb

2018/11/Pecfi-1542194995.jpg
Oxunub: 702     15:28     14 Noyabr 2018    