Böyük qarşıdurma: Paşinyanın əlində Boltonun oyun kartı var?

2018/11/23-1542187022.jpg
Oxunub: 733     15:40     14 Noyabr 2018    
Gürcüstan Müdafiə nazirliyi bəyan edib ki, NATO ilə birgə təlim mərkəzinin yaradılması çərçivəsində Vazianidə hərbi hava limanı da inşa ediləcək. Məlumata görə, hava limanının inşa edilməsi Gürcüstan tərəfinin təşəbbüsü olsa da, məsələ ilə bağlı ABŞ Müdafiə nazirinin dəstəyi də əldə edilib.

Gürcüstanda NATO-nun təlim mərkəzinin olması təşkilatın Cənubi Qafqazda hərbi cəhətdən de-fakto olaraq təmsil olunması demək olacaq. Bu barədə razılaşma Gürcüstan-NATO formatında əldə edilib və qərar bir neçə il əvvəl qəbul edilib.

Hərbi hava limanının inşası, həmçinin hərbi aviasiya tərkibinin müəyyən mənada mövcud olacağını göstərir. Ermənistan isə hərbi aviasiyasını yeni təyyarələrlə komplektləşdirməklə yanaşı, çoxfunksiyalı aviasiyanın inkişafını planlaşdırır.

Sözsüz ki, Gürcüstanda NATO-ya məxsus hava limanının yaradılması ilə Ermənistan Silahlı Qüvvələrinin çoxfunksiyalı aviasiya əldə etmək istəyi arasında heç bir əlaqə yoxdur. Lakin bəzi erməni ekspertlər tikiləcək hava limanına pulsuz və özündə güzəştli şərtləri ehtiva edən obyekt kimi yanaşır, hətta bu prosesi bölgənin təhlükəsizliyinin transformasiya edilməsi baxımından qiymətləndirirlər.

Bu iştah, ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistanda Amerika silahlarının tədarükü imkanı barədə bəyanatlarından sonra daha da artıb. Paşinyan, məhz bu bəyanatı hərbi texniki əməkdaşlıqdan daha çox hərbi-siyasi çəkiyə daşımaqla, bunun guya Ermənistanın bölgədəki təhlükəsizlik sistemində rolunu və ya yerini göstərdiyini ifadə etməyə cəhd edir.

Təsadüfi deyil ki, sözügedən bəyanat KTMT-də Baş katib kvotası ilə bağlı Ermənistan tərəfindən üzv ölkələr arasında baş verən qarşıdurmadan sonra səsləndirilib.

Paşinyanın əlinə düşən Boltonun bəyanatı Rusiyanın da mane olmağa çalışdığı kart oyunudur. Çünki bu kart nəinki Rusiyaya qarşı, hətta ümumən KTMT-də bütün üzvlərə qarşı irəli sürülüb. Bölgənin təhlükəsizliyi istiqamətində təşkilata üzv ölkələrin başqa seçimi qalmayıb. Moskva bu sistemdə öz rolunun strateji perspektivi baxımından onun Qafqazdan çıxmasını arzulayan ABŞ-Ermənistan əməkdaşlığını qəbul edə bilməz. İstənilən halda Ermənistan ayağısürüşkən siyasət aparır və biz buna bənzər fəaliyyətləri məhdud şəkildə də olsa ABŞ-ın yeni bazasında görəcəyik.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Paşinyan   Bolton   Ermənistan   Rusiya  

Böyük qarşıdurma: Paşinyanın əlində Boltonun oyun kartı var?

2018/11/23-1542187022.jpg
Oxunub: 734     15:40     14 Noyabr 2018    