Liberman bu gün vəzifəsindən istefa verə bilər

2018/11/45e64-1542185102.jpg
Oxunub: 767     13:09     14 Noyabr 2018    
Siyasi çevrələrdə İsrail Müdafiə naziri Aviqdor Libermanın tutduğu postdan istefa verəcəyinə dair söz-söhbət dolaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun istefa qərarını bu gün açıqlaması gözlənilir.

Belə ki, Liberman özünün “Yisrael Beitenu” partiyası ilə iclasından sonra bu gün yerli vaxtla 13:00-da mətbuat konfransı təşkil edəcəyini elan edib. Məhz bu konfransda onun öz qərarını ictimaiyyətə elan edəcəyi iddia edilir.

Liberman İsrail Təhlükəsizlik Kabinetinin iclasında Benyamin Netanyahunun Qəzzadakı böhranla bağlı yeritdiyi siyasətə və Fələstin tərəfindən təxminən 500-ə qədər raketin atılmasından sonra atəşkəsin təmin edilməsinə etiraz edən dörd nazirdən biri idi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Liberman   İsrail  

Liberman bu gün vəzifəsindən istefa verə bilər

2018/11/45e64-1542185102.jpg
Oxunub: 768     13:09     14 Noyabr 2018    