“Pentaqonun yeni kosmik agentliyinin gələcəyi hələ də havadadır” - Qriffin

2018/11/34534-1542183983.jpg
Oxunub: 280     12:43     14 Noyabr 2018    
“Kosmos İnkişaf Agentliyi ilə bağlı bütün məsələlər və bizim kosmosdakı fəaliyyətimiz hələ də havadadır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə nazirinin Tədqiqat və Mühəndislik üzrə müavini Maykl Qriffin səsləndirib.

Onun sözlərinə görə, yeni təşkilatın formalaşdırılması üçün milli satınalma planları pozulmalı və hərbi kosmik sistemlərin modernizasiyası sürətləndirilməlidir.

Qriffin bildirib ki, sentyabr ayında Mettisin digər bir müavini Patrik Şanahana bu agentliyin yaradılması və mövcud boşluqlara dair təkliflər paketi təqdim etsə də, onun detalları üzərində işlər hələ də davam edir.

Şanahanın həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin rəhbərib Hezer Uilsondan da təklif əldə etdiyi və burada Kosmos İnkişaf Agentliyinin mövcud Kosmik Sürət İmkanları İdarəsi əsasında formalaşdırılmasının təklif edildiyi bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   HHQ   Qriffin  

“Pentaqonun yeni kosmik agentliyinin gələcəyi hələ də havadadır” - Qriffin

2018/11/34534-1542183983.jpg
Oxunub: 281     12:43     14 Noyabr 2018    