KXDR donanmasına dəniz sərhədinin müdafiəsi göstərişi verilib

2018/11/20180-1542183862.jpg
Oxunub: 314     15:23     14 Noyabr 2018    
Şimali Koreya Xalq Ordusu Qərb dənizindəki demarkasiya xəttinin müdafiəsi ilə bağlı dəniz qüvvələrinə təcili əmr verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə əmrdə göstərilən xətt Şimali Koreyanın özünün müəyyən etdiyi dəniz sərhədidir ki, bu da ABŞ və onun müttəfiqləri tərəfindən Koreya müharibəsindən sonra çəkilmiş Şimal Məhdudiyyət Xəttindən fərqlənir.

Üstəlik əmrdə istənilən düşmən hücumunun dərhal və qətiyyətlə məhv edilməsi qeyd edilib. Bunun isə Cənubi Koreya ilə aralarındakı münasibətlərdə son zamanlar hökm sürən sülh abu-havası ilə ziddiyyət təşkil etdiyini düşünənlər var.

Stanford Universitetinin Beynəlxalq Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Nik Hansen bölgədə çox sayda tankın müşahidə edildiyini və buna görə də onun artilleriya təlimi ola biləcəyini söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

KXDR donanmasına dəniz sərhədinin müdafiəsi göstərişi verilib

2018/11/20180-1542183862.jpg
Oxunub: 315     15:23     14 Noyabr 2018    