Ukraynadakı təlimlər ölkənin NATO ambisiyalarını gücləndirir

2018/11/DZIB2-1542181923.jpg
Oxunub: 384     11:43     14 Noyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Deyv Qoldfeyin ötən həftə ukraynalı həmkarı ilə bir araya gələrək, iki ölkə arasında böyüyən əlaqələr, Ukraynada ilk geniş miqyaslı çoxtərəfli hava təlimləri və ölkənin Şimali Atlantika Alyansına qoşulma imkanlarını müzakirə etdi.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqonda baş tutan görüşdən sonra Qoldfeyin müzakirənin əsasən Rusiyanın Şərqi Avropadakı aqressiv fəaliyyətləri üzərində qurulduğunu söylədi.

Ukrayna HHQ-nin rəhbəri Sergi Drezdovun ABŞ səfəri ABŞ və daha 8 dövlətin Ukraynadakı “Açıq Səma 2018” təlimlərində iştirakından bir ay sonraya təsadüf edir. Bu təlim öz növünə görə, 2014-cü ildən sonra Şərqi Avropadakı ilk təlim idi.

Bu təlimlərdə MQ-9 “Reaper” dronları, KC-135 hava tankerləri, F-15 qırıcı təyyarələri və Ukrayna qırıcılarından istifadə edildi. Məsələn dronların əsas vəzifəsi təlimin yaxın hava dəstəyi üçün kəşfiyyat, müşahidə və nəzarət təmin edirdi.

ABŞ HHQ-nin rəsmisi Svertfaqer bildirib ki, təlim zamanı Ukrayna aviasiyaçıları təcrübə qazanmaq və NATO qüvvələri ilə birlikdə əməliyyat qabiliyyəti əldə etmək üçün böyük maraq göstəriblər. Bu isə ölkənin alyansla inteqrasiyasını və son nəticədə ona üzvlüyünü bir qədər də asanlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Ukrayna   NATO  

Ukraynadakı təlimlər ölkənin NATO ambisiyalarını gücləndirir

2018/11/DZIB2-1542181923.jpg
Oxunub: 385     11:43     14 Noyabr 2018    