Tramp KXDR-in onu aldatdığı ilə bağlı iddialarla razılaşmır

2018/11/12007-1542179607.jpg
Oxunub: 323     11:12     14 Noyabr 2018    
ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ondan çox raket bazasını hələ də istifadə etməsi ilə bağlı iddiaları rədd edib.

Ordu.az “Washington Times”a istinadən xəbər verir ki, bu xəbərlər Şimali Koreya rəhbəri Kim Çen Inla keçirilməsi mümkün olan potensial ikinci sammitə əngəl törətməyəcək.

Vaşinqton və Pxenyan arasında nüvəsizləşmə ilə bağlı konret bir müqavilənin imzalanmamasını nəzərə alaraq bir çox analitiklər Kim Çen Inın texniki olaraq heç bir sazişi pozmadığını söyləyir. Tramp isə KXDR-in raket aktivliyinin davam etməsi ilə bağlı hesabatları “yeni bir şey deyil” deyərək gözdən salıb.

“Twitter” üzərindən məsələyə münasibət bildirən ABŞ prezidenti bu məsələdən çoxdan xəbərdar olduğunu bəyan edib: “Birləşmiş Ştatlar Şimali Koreyanın “Sakkanmol” raket bazası və digər ondan çox belə obyektin fəaliyyətindən xəbərdardır”.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   KXDR  

Tramp KXDR-in onu aldatdığı ilə bağlı iddialarla razılaşmır

2018/11/12007-1542179607.jpg
Oxunub: 324     11:12     14 Noyabr 2018    