“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi keçirilib - FOTOLAR

2018/11/d399d-1542179058.jpg
Oxunub: 399     11:10     14 Noyabr 2018    
Noyabrın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Hərb Tarixi Muzeyində növbəti auditoriya təlimi keçirildi. Təlimdə Müdafiə Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə təlimalanları salamlayaraq muzeyin fəaliyyəti haqqında geniş məlumat verdi: "Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ilin oktyabrından fəaliyyətə başlayıb. Muzeyimiz iki ekspozisiya hissəsindən ibarətdir. Açıq Səma altında olan ekspozisiyada Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələrinə aid müxtəlif növ hərbi texnikalar nümayiş etdirilir. Hal-hazırda muzeyimizdə 12 zal fəaliyyət göstərir. Ekspozisiyada qədim dövrdən müasir dövrədək hərb tariximizin inkişaf mərhələləri xronoloji ardıcıllıqla əks etdirilir. Muzeyimizdə Azərbaycan hərb tarixinə dair 12 minə yaxın eksponat mühafizə olunur. Burada, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarımız var. Mütəmadi olaraq ümumrespublika səviyyəli elmi-praktik konfranslar, tədbirlər keçirilir. Bununla da muzey hərbi vətənpərvərlik hisslərinin formalaşmasına və yüksəldilməsinə öz töhfəsini verir".

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov təlimalanlara informasiya təhlükəsizliyi barədə geniş məlumatlar verdi: "İnformasiya təhlükəsizliyi dedikdə, informasiyanın və informasiya mühitinin təsadüfi və ya düşünülmüş, təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəçisinə və sahibinə yolverilməz ziyanlar vura bilir. İnformasiyanın mühafizəsi - informasiya təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərdir. İndiki zamanda informasiyanın təhlükəsizliyi informasiyanın ən çox yayılmış üç əsas xüsusiyyətinə əsaslanır: konfidensiallıq, tamlıq və əlçatanlıq. İnformasiyanın konfidensiallığı həddindən artıq məhdud dairədə olan insanlar ilə tanış olmağın mümkünlüyünü ifadə edir. Bu insanlar informasiya sahibləridirlər. Əgər informasiyanı bu şəxslərdən başqa icazəsi olmayan digər şəxslər də istifadə edə bilirlərsə, onda informasiyanın konfidensiallığı itmiş olur. Bəzi informasiya növləri üçün konfidensiallıq əsas atribut sayılır.

İnformasiyanın tamlığı onun təhrif olunmamış şəkildə saxlanma bacarığını müəyyənləşdirir. Səlahiyyəti olmayan, qabaqcadan nəzərdə tutulmamış istifadəçi tərəfindən informasiyanın itirilməsi onun tamlığının itirilməsinə səbəb olur.

İnformasiyanın əlçatanlığı sistemdəki informasiya obyektinə müvafiq səlahiyyət sahibi olan istifadəçinin ona mənsub olan vaxt ərzində həmin obyektə maneəsiz daxilolma xüsusiyyətinin müəyyən edilməsidir. İnformasiyanın bloklanması və ya məhv edilməsi əlçatanlığın itməsinə gətirib çıxarır. Əlçatanlıq informasiya sisteminin maliyyələşdirilməsinin əsas atributudur".

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqəlar İdarəsinin zabiti Əfqan Əliyev iştirakçıları salamlayaraq bildirdi ki, 2016-cı ildə cəbhədə baş verən hadisələr zamanı ictimaiyyətə yoxlanılmamış informasiyalar təqdim edilib və bəzi jurnalistlərin fəaliyyəti qənaətbəxş olmayıb. "Qoşunların təmas xəttində yaranan gərginlik zamanı məlumatı ictimaiyyətə ilk mənbədən, dəqiq, müvafiq qurumla razılaşdırılmış şəkildə çatdırmaq lazımdır. Bu məqsədlə jurnalistlərin hərbi biliklərinin artırılması və hərbi qulluqçuların KİV-lərlə işləməsi ilə bağlı təlimat hazırlanaraq hərbi hissələrə göndərilib. Qeyd edim ki, Müdafiə Nazirliyinin Mətbuat Xidməti informasiyanın mediaya ötürülməsi üçün zəruri işləri görür. Həmçinin jurnalistlər hərbi hissələrə getmək üçün qeydiyyatdan keçirilir".

Auditoriya təlimindən sonra iştirakçılar Hərb Tarixi Muzeyinin eksponatları ilə yaxından tanış oldular.

Orxan Hüseynli, "Azərbaycan Ordusu"
Ordu.az

Teqlər: KJM   Təlim  

“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi keçirilib - FOTOLAR

2018/11/d399d-1542179058.jpg
Oxunub: 400     11:10     14 Noyabr 2018    