MDB ölkələrinin Sərhəd Qoşunları Komandirləri Şurasının iclası keçiriləcək

2018/11/45645-1542178764.jpg
Oxunub: 433     10:58     14 Noyabr 2018    
Bu gün Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə MDB ölkələrinin Sərhəd Qoşunları Komandirləri Şurasının (SQKŞ) növbəti iclası keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə "Report" MDB İcraiyyə Komitəsinə istinadən məlumat verir.

İclasda 9 ölkənin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın sərhəd qoşunlarının nümayəndə heyətləri iştirak edəcək.

İclasa həmçinin MDB-nin bir sıra qarşılıqlı fəaliyyət göstərən orqanlarının və beynəlxalq təşkilatların işçi strukturlarının rəhbərləri də qatılacaqlar.

SQKŞ üzvləri əsas diqqəti MDB-nin Mərkəzi Asiya regionu iştirakçılarının xarici sərhədlərində yaranan vəziyyətin qiymətləndirilməsi və təhlilinə, Şuranın 2018-ci ildəki fəaliyyətinə yekun vurulmasına və 2019-cu il üçün prioritetlərin müəyyən edilməsinə, birgə xüsusi sərhəd əməliyyatlarının keçirilməsinin nəticələrinin müzakirə edilməsinə və gələcək dövrdə onların təşkili məsələlərinə ayıracaq.

Ordu.az

Teqlər:

MDB ölkələrinin Sərhəd Qoşunları Komandirləri Şurasının iclası keçiriləcək

2018/11/45645-1542178764.jpg
Oxunub: 434     10:58     14 Noyabr 2018    