NATO terrorla mübarizə çərçivəsində 3 yeni texnologiya ərsəyə gətirib

2018/11/us-ar-1542177653.jpg
Oxunub: 361     18:09     14 Noyabr 2018    
İtaliyanın Florensiya şəhərində kustar üsullarla hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi məqsədilə hazırlanmış 3 yeni texnologiya sınaqdan keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu texnologiyalar NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində ərsəyə gətirilib.

Bildirilir ki, sınaqdan keçirilən texnologiyalar mina və kustar üsullarla hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün yarıavtonom robot, yüngül çəkili və istifadəsi asan mina aşkarlayıcı və çirkli bombalar üçün əllə tutulan detektorlardır.

Bu barədə danışan NATO Baş katibinin Meydana gələn Təhlükəsizlik Problemləri üzrə müavini Robert Viver bildirib ki, Avropa və digər bölgələrdəki terror hücumları kritik infrastrukturların terror hücumuna qarşı həssas olduğunu göstərib və buna görə də bu tipli texnologiyaların təkmilləşdirilməsi zəruri əhəmiyyət daşıyır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Terror  

NATO terrorla mübarizə çərçivəsində 3 yeni texnologiya ərsəyə gətirib

2018/11/us-ar-1542177653.jpg
Oxunub: 362     18:09     14 Noyabr 2018    