Rusiya ordusu Il-276-nın texniki göstəricilərini elan edib

2018/11/10531-1542177480.jpg
Oxunub: 289     14:57     14 Noyabr 2018    
Rusiya Müdafiə Nazirliyi Il-276 hərbi nəqliyyat təyyarəsilə bağlı tələb olunan taktiki və texniki göstəriciləri təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə təyyarənin istehsalçısı “Ilyushin Aviation Complex” kompaniyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə üçün nəzərdə tutulan göstəricilər arasında onun iki mühərrikli orta ağırlıqlı nəqliyyat təyyarəsi olması da var. Bununla yanaşı təyyarə 20 tona qədər yük daşıya, 800 km/saat sürətlə hərəkət edə biləcək.

Qeyd edək ki, hazırda təyyarənin istehsalı dizayn mərhələsindədir. Onun 2023-cü ildə ilk uçuşunu həyata keçirməsi və 2026-cı ildə Rusiya Silahlı Qüvvələrinə çatdırılması gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Il-276  

Rusiya ordusu Il-276-nın texniki göstəricilərini elan edib

2018/11/10531-1542177480.jpg
Oxunub: 290     14:57     14 Noyabr 2018    