Tramp Britaniyanın İranla bağlı mövqeyindən şikayətlənib

2018/11/10669-1542176338.jpg
Oxunub: 4349     10:11     14 Noyabr 2018    
ABŞ prezidenti Donald Tramp Britaniya Baş naziri Tereza Meylə telefon əlaqəsi saxlayıb.

Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, telefon danışığının əsas mövzusu İran və “Brexit” olub.

Məlumata görə, söhbət zamanı Tramp Meyi Britaniyanın İranla bağlı yetərli qədər effektiv fəaliyyət göstərmədiyinə görə tənqid edib. Eyni zamanda o, Avropa ilə ABŞ arasındakı ticarət əlaqələrindən də şikayətlənib.

Xatırladaq ki, bu söhbətdən öncə Mey İranın 2015-ci il nüvə müqaviləsinin bütün şərtlərinə riayət etdiyini diqqətə çatdırıb və bu müqavilənin qüvvədə qalmasından yana olduğunu söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Mey   İran   Brexit  


Bizi "telegram"da izləyin