"Çinin "ən yaxşı şansı" ABŞ-la Soyuq müharibə ssenarisindən qaçmaqdır" - Pens

2018/11/24fc4-1542174844.jpg
Oxunub: 1     09:52     14 Noyabr 2018    
"Əgər Çin öz davranışlarını dəyişməsə, onu ABŞ və tərəfdaşları ilə total Soyuq müharibə gözləyir".

Ordu.az xəbər verir ki, bunu "Washington Post" qəzetinə müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

Onun sözlərinə görə, Çinin "ən yaxşı şansı" ABŞ-la Soyuq müharibə ssenarisindən qaçmaqdır.

"Bu, onun iqtisadi, hərbi və siyasi fəaliyyətində böyük dəyişikliklərə" gətirib çıxaracaq. Düşünürəm ki, bunun böyük hissəsi Argentinadakı görüşdən asılı olacaq", - deyə Pens bildirib.

O qeyd edib ki, Pekin əhəmiyyətli və konkret güzəştlərə getməsə, ABŞ Çinə qarşı iqtisadi, diplomatik və siyasi təzyiqləri gücləndirməyə hazırdır. Pens hesab edir ki, ABŞ iqtisadiyyatı bu gərginliyə tab gətirmək üçün kifayət qədər güclüdür, Çin iqtisadiyyatı isə "daha az sabitdir".

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Pens   ABŞ  


Bizi "telegram"da izləyin