Çin HHQ kosmosda mövcudluğunu genişləndirməyi planlaşdırır: Üç mərhələli plan

2018/11/10526-1542116373.jpg
Oxunub: 273     17:38     13 Noyabr 2018    
Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri dünya səviyyəli strateji aviasiya yaratma planının bir hissəsi olaraq kosmosdakı varlığını artırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Çin Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Birinci mərhələdə 2020-ci ilə qədər strateji aviasiya qurmaq planlaşdırılır. Strateji aviasiya strukturunun qurulmasını davam etdirərək, HHQ havada və kosmosda inteqrasiya imkanlarından istifadə etməklə müdafiə və hücum əməliyyatlarında balanslı imkanlara malik olacaq”, - deyə bəyanatda qeyd olunub.

Bildirilir ki, dördüncü nəsil silahlanma yeni sistemin təməlini təşkil edəcək. Planın ikinci mərhələsi 2035-ci ildə tamamlancaq. 2050-ci ildə isə 3-cü mərhələni tamamlamaqla Çin dünya səviyyəli ən güclü ordulardan birinə sahib olacaq.

Xatırladaq ki, noyabrın 2-də Çin 41-ci peyki olan “BeiDou-3” peykini müvəffəqiyyətlə buraxıb. Bununla da Çin “BeiDou” naviqasiya sistemini daha da gücləndirib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Çin   Kosmos  

Çin HHQ kosmosda mövcudluğunu genişləndirməyi planlaşdırır: Üç mərhələli plan

2018/11/10526-1542116373.jpg
Oxunub: 274     17:38     13 Noyabr 2018    