Pentaqon kritik texnologiyanın müdafiəsi üçün yeni qüvvə formalaşdırır

2018/11/23423-1542116208.jpg
Oxunub: 290     21:19     13 Noyabr 2018    
Pentaqon Birləşmiş Ştatların məxfi məlumatlarının ələ keçirilməsinin qarşısını almaq və təchizat zəncirinin kibertəhlükəsizliyini yaxşılaşdırmaqdan məsul yeni tapşırıq qüvvəsi hazırlayır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Cozef Buccino bildirib.

Onun sözlərinə görə, tapşırıq qüvvəsində azı yeddi agentlikdən nümayəndənin olması planlaşdırılıb və onun uzun müddət fəaliyyətdə qalması gözlənilir.

Buna baxmayaraq, Buccino bildirib ki, bu, cəld-hazır ol qüvvəsi deyil və texnologiyanın milli təhlükəsizlik üçün əhəmiyyətli məlumatların itirilməsi uzun vədəli problemdir.

Tapşırıq qüvvəsinə ABŞ Hərbi Hava Qüvvələrinin general-mayoru Tomas Mörfi rəhbərlik edəcək. O, bundan öncə ABŞ Silahlı Qüvvələri Baş Qərargahında komanda, idarəetmə, rabitə, kompüterlər və kibertəhlükəsizlikdən məsul bölmənin sədr müavini olub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   kritik-texnologiya  

Pentaqon kritik texnologiyanın müdafiəsi üçün yeni qüvvə formalaşdırır

2018/11/23423-1542116208.jpg
Oxunub: 291     21:19     13 Noyabr 2018    