“Washington Post”: Yəməni xilas etmək üçün ABŞ koalisiyaya dəstəyi kəsməlidir

2018/11/yemen-1542115351.jpg
Oxunub: 299     22:34     13 Noyabr 2018    
İki həftə əvvəl Tramp administrasiyası Yəməndə Səudiyyə Ərəbistanının tam bir hərbi uğursuzluğu və daha sonra dünyanın ən böyük humanitar böhranı ilə nəticələnən müharibənin dayandırılması üçün ilk addımı ataraq tərəfləri atəşkəsə çağırdı.

Səudiyyə Ərəbistanının buna cavabı isə Yəmənin 28 milyonluq əhalisinə gedən ərzaq və tibbi preparatların 70%-nin daxil olduğu Hudeydə liman şəhəri istiqamətində yeni hücum oldu.

Hudeydə istiqamətində edilən hücumlar bu ilin əvvəllərində məhz Birləşmiş Ştatlar və BMT-nin təzyiqləri nəticəsində dayandırılmışdı. Lakin hazırda Səudiyyə təyyarələri şəhəri yenidən bombalayır.

Bir sıra mənbələrə görə, ötən bazar günü Hudeydənin ən əhəmiyyətli hospitalında partlayışlar müşahidə edilib. Bundan daha əvvəl, cümə günü isə Pentaqon Səudiyyə təyyarələrinə Yəmən müharibəsi çərçivəsində yanacaq verilməsinin dayandırıldığını elan edib. Görünən odur ki, bu addım hücumları dayandırmayıb.

İlk vaxtlar vəliəhd şəhzadə Məhəmməd ibn Salmanın Müdafiə naziri təyin olunmasından qısa müddət sonra başladılan əməliyyatın tezliklə Yəmən hökumətini paytaxt Sənadan çıxaran husiləri məğlub edəcəyi gözlənilirdi.

Lakin bu baş vermədi və əvəzində bu vaxta qədər 16 min mülki şəxsin öldüyü, yaxud yaralandığı bir müəmmaya çevrildi.

Birləşmiş Ştatlar hazırda BMT-nin Yəməndə bu ilin sonuna qədər sülh danışıqları başlatma səylərini dəstəkləsə də, artıq aydın olan budur ki, atəşkəsin əldə edilməsinin və aclıqdan əziyyət çəkən milyonlarla insanı xilas etməyin yeganə yolu Ərəb koalisiyasına hərbi dəstəyi dayandırmaqdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yəmən   Husilər  

“Washington Post”: Yəməni xilas etmək üçün ABŞ koalisiyaya dəstəyi kəsməlidir

2018/11/yemen-1542115351.jpg
Oxunub: 300     22:34     13 Noyabr 2018    