Makron atəş altında: NATO da “Real Aİ Ordusu” tələbinə qarşı hücumlara qoşulur

2018/11/jens--1542111452.jpg
Oxunub: 288     16:15     13 Noyabr 2018    
NATO, Fransa prezidenti Emmanuel Makronun ABŞ, Çin və Rusiyaya qarşı qitəni qorumaq üçün “Real Avropa İttifaqı Ordusu” barədə səsləndirdiyi tələbləri qınayaraq Donald Trampın fikirlərinə qoşulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bəyanatlar NATO Baş katibi Yens Stoltenberq tərəfindən səsləndirilib.

O bildirib ki, müdafiə ilə bağlı Avropa səyləri dahiyanədir, lakin bu Transatlantik əlaqənin gücünü azaltmamalıdır.

NATO rəhbəri qeyd edib ki, Aİ ölkələri alyans çərçivəsində amerikalı tərəfdaşları ilə birgə və ya onlar olmadan fəaliyyətlərini həyata keçirə bilərlər. Lakin Stoltenberq NATO-nun bənzərini əks etdirən, öz hərbi qurumunu inkişaf etdirən Aİ-yə qarşı sərt şəkildə qarşı çıxacağını deyib.

“Həqiqət odur ki, bizim güclü bir komanda quruluşuna ehtiyacımız var. Biz bu resursları ikiyə bölə bilmərik”, - deyə Stoltenberq xəbərdarlıq edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: NATO   Fransa   Avropa-ordusu  

Makron atəş altında: NATO da “Real Aİ Ordusu” tələbinə qarşı hücumlara qoşulur

2018/11/jens--1542111452.jpg
Oxunub: 289     16:15     13 Noyabr 2018    