“Rockwell” ABŞ HHQ-yə Rəqəmsal GPS əsaslı qəbuledicilər hazırlayacaq

2018/11/Tauru-1542110694.jpg
Oxunub: 263     16:03     13 Noyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri yeni Rəqəmsal GPS əsaslı pozulmaya qarşı dayanıqlı Qəbuledicilərin (DIGAR) hazırlanması ilə bağlı “Rockwell Collins”lə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə firmanın Kommunikasiya, Naviqasiya və Elektron Müharibə Sistemləri bölməsinin vitse-prezidenti Troy Brunnk bildirib.

Onun sözlərinə görə, DIGAR GPS siqnallarının pozulmasının qarşısını almaq üçün dizayn edilib. O, təyyarələr üçün daha etibarlı və elektromaqnit radiasiyaya qarşı dayanıqlı naviqasiya sistemləri təmin edir.

Bu müqavilə çərçivəsində kompaniya ABŞ HHQ və Milli Qvardiyasının F-16 qırıcı təyyarələri üçün DIGAR-lar çatdıracaq və ilk dəfə bir döyüş təyyarəsi bu sistemlə təchiz edilmiş olacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rockwell   GPS   ABŞ   HHQ  

“Rockwell” ABŞ HHQ-yə Rəqəmsal GPS əsaslı qəbuledicilər hazırlayacaq

2018/11/Tauru-1542110694.jpg
Oxunub: 264     16:03     13 Noyabr 2018    