İsrail HƏMAS-la müharibə ehtimalına görə rezerv qüvvələrə çağırış edib

2018/11/F1811-1542109112.jpg
Oxunub: 307     15:36     13 Noyabr 2018    
“HƏMAS-ın İsrailin cənubunda yəhudi əhalinin yaşayış mərkəzlərinə bu gün səhər saatlarında da raket hücumunu davam etdirdiyinə görə, İsrail ordusu rezerv əsgərlərin çağırışına başlayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi briqada generalı Ronen Manelis yerli radiolardan birinə müsahibəsində bildirib.

Manelis çağırışların ilk dalğasının “həyati” qüvvələr üçün əhəmiyyətli olacağını, həmçinin lazım olarsa əlavə qüvvələrin çağrıla biləcəyini də söyləyib.

Qeyd edək ki, bu həftənin bazar ertəsi günündən etibarən, HƏMAS Qəzaya yaxın İsrail ərazilərinə, Aşkelon və Berşeva şəhərləri də daxil olmaqla məskunlaşma yerlərinə 400-dən çox raket atıb.

İlkin Məmmədov
Ordu.az

Teqlər:

İsrail HƏMAS-la müharibə ehtimalına görə rezerv qüvvələrə çağırış edib

2018/11/F1811-1542109112.jpg
Oxunub: 308     15:36     13 Noyabr 2018    