MEE: Avropanın koalisiyaya silah satışı Yəmənə yardımdan 55 dəfə çoxdur

2018/11/getty-1542099255.jpg
Oxunub: 458     13:57     13 Noyabr 2018    
Avropa ölkələrinin Səudiyyə Ərəbistanı və onun rəhbərliyindəki koalisiyaya həyata keçirdiyi silah satışı Yəmənə edilən humanitar yardımdan 55 dəfə çoxdur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Middle East Eye” mərkəzinin hazırladığı hesabatda deyilir.

Bildirilib ki, 2015 və 2016-cı illər ərzində Avropa ölkələri Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliyinə 86,7 milyard dollarlıq silah satışına lisenziya verib. Bu rəqəmin BMT-nin Yəmən Humanitar Cavab Planı proqramına ayırdığı maliyyədən 55 dəfə çox olduğu üzə çıxıb.

“Silah ticarəti tənzimlənə bilmir çünki, əsas silah istehsalçılarının hamısı BMT Təhlükəsizlik Şurasında oturub. Onların öz bizneslərinə qarşı olması məntiqli də görünmür”, - deyə mərkəzin əməkdaşı Loretta Napoleoni bildirib.

Başqa bir mərkəz – Silah Ticarətinə Qarşı Kampaniya (CAAT) isə təkcə Birləşmiş Krallığın 2015-ci ildən etibarən Səudiyyə Ərəbistanına 4,7 milyard funtsterlinq dəyərində silah satılmasına lisenziya verdiyini və bunlar arasında, helikopterlər, dronlar, zirehli vasitələr, tankların olduğunu aşkarlayıb.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: MEE   Yəmən   Husilər  

MEE: Avropanın koalisiyaya silah satışı Yəmənə yardımdan 55 dəfə çoxdur

2018/11/getty-1542099255.jpg
Oxunub: 459     13:57     13 Noyabr 2018    