“Su-30-ların Ermənistan ordusunda yeri yoxdur” – Ağabekyan

2018/11/34534-1542091700.jpg
Oxunub: 794     10:47     13 Noyabr 2018    
“Mən bu qırıcıların nə dünən, nə də bu gün bizim ordumuzda yeri olmadığını deməyi özümə borc bilirəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni diplomat Artur Ağabekyan Ermənistan Müdafiə naziri səlahiyyətlərini icra edən Davit Tonoyanın yeni Su-30 təyyarələri alma planını şərh edərkən bildirib.

Ağabekyan qeyd edib ki, bu Su-30 qırıcılarının Ermənistan ordusunda yeri yoxdur.

“Mən bu qırıcıların nə dünən, nə də bu gün bizim ordumuzda yeri olmadığını deməyi özümə borc bilirəm. Xüsusilə yüksək texnologiyanın dinamik şəkildə inkişaf etdiyi bir vaxtda bu təyyarələrdən istifadə mümkünsüzdür. Yeri gəlmişkən, bu fikirlər yaxın zamanlarda Rusiya siyasi rəhbərliyi tərəfindən də səsləndirilib”, - deyə o bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Su-30  

“Su-30-ların Ermənistan ordusunda yeri yoxdur” – Ağabekyan

2018/11/34534-1542091700.jpg
Oxunub: 795     10:47     13 Noyabr 2018    