"Suriya missiyası gələn ilin əvvəlinə yekunlaşa bilər" - Tonoyan

2018/11/E6390-1542088052.jpg
Oxunub: 369     09:54     13 Noyabr 2018    
“Ermənistan Suriyada hərbi həkimlərin və mina zərərsizləşdirmə ekspertlərinin yerləşdirilməsi planı üzərində işləyir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Müdafiə naziri Davit Tonoyan səsləndirib.

Onun sözlərinə görə, Ermənistan ordusu və digər aidiyyatı tərəflər belə bir missiyanın başladılması üçün tələb olunan memorandum əlaqəli prosedurun üzərində birlikdə çalışır.

“Bu çox cəld şəkildə həyata keçirilə bilər. Daha dəqiq desəm, bu məsələ bu ilin sonu, yaxud gələn ilin əvvəlində yekunlaşa bilər. Qrup tam hazırdır, prosedur tamamlandıqdan dərhal sonra Suriyaya yollana bilər”, - deyə Tonoyan söyləyib.

Xatırladaq ki, rəsmi İrəvanın Suriyaya hərbi heyət göndərmə planı ilk dəfə ölkənin Baş naziri Nikol Paşinyan tərəfindən elan edilib. O, bu barədə sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə baş tutan görüşündən sonra bəyanat yayıb.

Planın bir sıra detallarına aydınlıq gətirən Tonoyan isə Suriyaya yollanacaq erməni kontingentdə təqribən 100-ə qədər tibb işçisi, mina zərərsizləşdirmə komandası və digər hərbi personalın olacağını söyləyib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Suriya  

"Suriya missiyası gələn ilin əvvəlinə yekunlaşa bilər" - Tonoyan

2018/11/E6390-1542088052.jpg
Oxunub: 370     09:54     13 Noyabr 2018    