"Vur komandir, vur...!"

2018/11/40074-1542030275.jpg
Oxunub: 2086     17:40     12 Noyabr 2018    
Cəbhədə qarışıq hava şəraiti hökm sürürdü. Amma bu oradakı səssizliyə dəlalət vermirdi. Bir neçə gün idi ki düşmən işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirirdi. Diqqətlər cəbhədə idi. Çünki partlayış səsləri çox yaxından eşidilirdi. Gün artıq Qaraman dağına baş əyməyə hazırlaşırdı. Cəbhədən xəbər gəldi: - Qardaş bərk partlayış oldu. Erməni helikopteri alova bükülüb yerə çırpıldı.

Hadisə yerinə qaçdıq. Həmin ərazi Ağdam rayonunun Çəmənli kəndindən daha yaxşı görünürdü. Neytral ərazidə qatı qara tüstü dumanı küləyin köməyi ilə sanki göydə rəqs edirdi... Kimsə nə baş verdiyini demirdi. Fotokameranı maşında saxlayıb ərzində işləyən çobana yaxınlaşdım. Güya ziyarətgahda kəsməyə quzu axtarıram... Xeyli söhbətdən sonra göy üzünü bəzəyən tüstünü soruşdum. Çoban biz tərəfdən atılan nəyinsə erməni helikopterini alova bürüdüyünü dedi. Artıq hər şey aydın idi. Ərazimizdə təxribat törətməyə cəhd edən helikopter bölmələrimiz tərəfindən məhv edilib...

Nəhayət, xəbər öz təstiqini tapmaqla yanaşı həm də bütün dünyaya türk dilində "Vur komandir, vur...!" sədası altında bir saniyə içində yerə yerə çırpılan hava nəhənginin məhv olması mesajını göndərdi.

Artıq, həmin tarixdən cəmi bir neçə il ötür. Lakin buna baxmayaraq çavuş İlkin Muradovun imzası ilə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə bir tarix yazıldı...

Əminəm ki ermənilərin də əzbərlədiyi "Vur komandir, vuur...!" Sədaları yaxın günlərdə işğal altında olan bütün ərazilərimizdə eşidiləcək.

Çünki, artıq Azərbaycan Silahlı Qüvvələrində kifayət qədər İlkinlər (Muradov), Mirdamətlər, Asimlər, Əlilər və s. oğullar yetişib.

Hər tarixinin bir səhifəsinin bir sətrinin ildönümü mübarək Azərbaycan Ordusu!

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: İlkin-Muradov   Mi-24  

"Vur komandir, vur...!"

2018/11/40074-1542030275.jpg
Oxunub: 2087     17:40     12 Noyabr 2018    