İraq-Suriya sərhədində əlavə raket bölmələri yerləşdirilib

2018/11/13970-1542028331.jpg
Oxunub: 412     20:11     12 Noyabr 2018    
İraqda hökumət tərəfindən vuruşan “Həşd əl-Şəbi” yarımhərbi qüvvələri Suriya ilə sərhəddə raket gücünü möhkəmləndirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu məqsədlə Suriya ilə sərhədə əlavə raket bölmələri yerləşdirilib.

Bildirilir ki, buna səbəb Suriyada təzyiqlərin artması ilə İŞİD terrorçularının İraq sərhədinə sızmaq üçün daha böyük cəhdlər etmə ehtimalının yüksəlməsidir.

İraq ordusunun yaydığı məlumata görə, sərhədə hər biri 3-5 min hərbçidən ibarət iki hərbi briqada da sərhədə göndərilib. Bununla yanaşı hazırda İraq-Suriya sərhədində 20 minə qədər “Həşd əl-Şəbi” döyüşçüsü də fəaliyyət göstərir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İraq   Suriya   İŞİD  

İraq-Suriya sərhədində əlavə raket bölmələri yerləşdirilib

2018/11/13970-1542028331.jpg
Oxunub: 413     20:11     12 Noyabr 2018    