Hindistan müdafiə xərclərini daha səmərəli etmək üçün islahatlar aparır

2018/11/India-1542025559.jpg
Oxunub: 313     16:24     12 Noyabr 2018    
Ötən ay Hindistan hökuməti müstəqillik tarixində müdafiə qüvvələrinin ən böyük islahat proqramının işlərini müvəffəqiyyətlə davam etdirib.

Ordu.az "Business Insider"ə istinadən xəbər verir ki, Hindistan hökuməti hərbi qüvvələrin ölçüsünü optimallaşdırmaq üçün hazırda 4 strateji araşdırma aparır.

Ordunun yenidən qurulmasının bir hissəsi olaraq, bir-birinə bənzər bölmələr ixtisar ediləcək və yeniləri yaradılacaq.

Ötən ilin avqustunda hökumət qarnizonların birləşməsi haqda islahat proqramını və lazımsız hərbi dəstək birliklərinin ixtisar edilməsini təsdiqlədi. Bununla da 57 min zabitə yenidən təyinat verilməsi nəzərdə tutulub.

Hərbçilərin saxlanma xərcləri ordunun əməliyyat büdcəsini əhəmiyyətli dərəcədə tükədir. Belə ki, hərbi heyətin saxlanma xərcləri ümumi olaraq ordunun əməliyyat büdcəsinin 63%-ni təşkil edir. Amma ki, ləvazimatın modernləşdirilməsi yalnız 14 % təşkil edir.

İslahatlar hərbi heyətinin xərclərinin avadanlıq alınmasına yönləndirməklə müdafiə xərclərinin optimallaşdırılması üçün daha böyük bir planın tərkib hissəsidir.

Bu ilin may ayında Hindistanın hərbi xərclərdə Fransanı keçdikdən sonra dünyanın ən yaxşı beş ölkəsi sırasına çıxdığı bildirildi. Ölkənin müdafiə xərcləri ordunun şəxsi heyətinin artan əmək haqqı və pensiyası, eləcə də silah idxalı nəticəsində 2017-ci ildə təxminən 6% artaraq 63,9 milyard dollara yüksəlib.

Hindistanın Baş naziri Narendra Modi islahatlara, eyni zamanda “Hindistanda düzəlt” siyasətinin tərkib hissəsi olaraq hərbi ləvazimatların ölkə daxilində istehsalının artırılmasına dəstək nümayiş etdirib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Hindistan   İslahatlar  

Hindistan müdafiə xərclərini daha səmərəli etmək üçün islahatlar aparır

2018/11/India-1542025559.jpg
Oxunub: 314     16:24     12 Noyabr 2018    