Taliban Qəznidə 20 Təhlükəsizlik Qüvvələri əməkdaşını öldürüb

2018/11/image-1542024647.jpg
Oxunub: 658     16:32     12 Noyabr 2018    
“Taliban” Qəzni vilayətinin Cağuri rayonunda əməliyyatlarını artırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı millət vəkili Əli Əkbər Qasımi bildirib.

Əfqanıstan ordusunun başçısı general Məhəmməd Şərif Yaftali bu gün jurnalistlərə bildirib ki, Cağuri şəhərindəki döyüşlər davam edir və hökumət qüvvələri itkilər verib. O döyüşlərin detalları və neçə adamın öldüyü barədə məlumatı söyləməkdən imtina edib.

“Taliban”ın nümayəndəsi Zabihullah Mücahid yaydığı məlumatda hücumlara görə məsuliyyəti öz üzərlərinə götürdüyünü bildirib. Açıqlamada “Taliban”ın Qəzni vilayətinin Malistan bölgəsini tutduğu da qeyd olunub.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Taliban   Qəzni  

Taliban Qəznidə 20 Təhlükəsizlik Qüvvələri əməkdaşını öldürüb

2018/11/image-1542024647.jpg
Oxunub: 659     16:32     12 Noyabr 2018    