İndoneziya “Panther”lərin son hissəsini qəbul etməyə hazırlaşır

2018/11/CDPH--1542019214.jpg
Oxunub: 385     14:39     12 Noyabr 2018    
“PT Dirgantara İndoneziya (PTDI)” şirkəti donanma üçün son altı “AS565 MBe Panther” helikopterlərinin ilkin prototipini avadanlıqlarla təchiz etmək üçün hazırdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin rəsmisi “Indo Defence 2018” sərgisində mətbuata açıqlamasında deyib.

Şirkət rəsmisi bildirib ki, helikopterlər hazırda Bandunq şəhərində təslim edilmək üçün hazırdır. “PT Dirgantara İndoneziya (PTDI)” şirkəti 2018-ci ilin sonunadək keçirilməsi nəzərdə tutulan təqdimat mərasiminin detallarını dəqiqləşdirmək üçün əlaqələndirmə işlərini görür.

Bildirilir ki, helikopterlər İndoneziya donanmasının sualtı müharibə qabiliyyətlərinin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək.

İlkin Məmmədov
Ordu.az

Teqlər: İndoneziya   Panther  

İndoneziya “Panther”lərin son hissəsini qəbul etməyə hazırlaşır

2018/11/CDPH--1542019214.jpg
Oxunub: 386     14:39     12 Noyabr 2018    