Murovdağda şərəfli xidmət: “Burada, adamın xəstələnmək yadına düşmür” (FOTOLAR)

2018/11/45826-20046225199.jpg
Oxunub: 3127     15:15     12 Noyabr 2018    
Murovdağ dünyanın ən əzəmətli dağlarından biridir. Bu dağda demək olar ki, ilin bütün fəsillərində qar görmək mümkündür. Hələ payız fəsli olsa da, artıq aranda soyuqların hiss edilməsi, dağlarda şaxtaların olmasından xəbər verir. Budəfəki, yolumuz şaxtaların tez düşüb gec yox olduğu, təbiətin bütün gözəlliklərini öz əzəmətində cəmləşdirən Murov istiqamətinədir. Məqsədimiz isə bəllidir, bütün çətinliklərə sinə gərərək Vətən keşiyində ayıq-sayıq duran əsgərlərimizlə bir arada olmaq.

Artıq 30 ilə yaxındır ki, bu istiqamətdə möhkəmlənən mövqelərimizdə hərbi qulluqçularımız keşik çəkirlər. Yay aylarında belə hava şəraitinin bir neçə dəfə dəyişdiyi bu dağlarda qış olduqca sərt keçir. Bəzən metrdən artıq yağan qar, bəzən qopan çovğun, ağacların da tab gətirmədiyi dondurucu şaxtalarda belə, gözü düşmən mövqeyində, əli tətikdə olan vətən övladlarının mətinliyini dondura bilmir. Bütün bu çətinliklərə mərdliklə sinə gərən Azərbaycan əsgərinin tək amalı, doğma Vətən torpağına xain baxan gözü tökmək, uzanan məkrli düşmənin çirkli əlini kəsməkdir. Dağlara çökən qatı duman tədricən çəkilir, bir neçə saat öncəki soyuğu buludlar arasından çıxan gün isidir.

Avtomobilimiz dağlarda uzanan çətin yollarla irəliləyirdi. Çətinliklə irəlilədiyimiz dolaylarda irəlidə bizi necə bir məkanın gözlədiyini təsəvvür etmək elədə çətin deyildi. Artıq günorta saatları idi. Çətin yolları keçib nəhayət ön xəttə çatdıq. Bizi ilk qarşılayan da Vüqar Ağalarov oldu. Bizi qarşılayan hərbi qulluqçu “İlk olaraq bir əsgər çayı için, sonra sizi əsgərlərimizin xidmət etdiyi yer və məişət şəraiti ilə yaxından tanış edəcəyik” deyir.

Uca dağların başında mülayim soyuq hava var. Bu cür havada, açıq ocaqda qaynadılan çayın əvəzi heç bir dəyərlə ölçüyə gəlməyəcək dərəcədə qiymətlidir. Özü də “Əsgər çayı”. Çayımızı içdikdən sonra zabit bizi lap öndəki mövqelərlə tanış edir. Daxil olduğumuz müşahidə məntəqəsində əsgərin ilk müşahidə məruzəsindən sonra düşmən mövqelərini bizə göstərib “O qarşıda olan düşmən mövqeləridir. Amma heç vaxt gözümüzdən yayındırmırıq. Onların bütün hərəkətlərini nəzarətimizdə saxlayırıq.”

- Burada hava şəraitinin çətin olduğu anlar çox olur. Bu cür havalarda düşmən tərəfi necə müşahidə edirsiniz?

- Xidməti yerimiz relyefinə görə çətin bir yerdir. Buna baxmayaraq, heç bir çətinliyimiz yoxdur. Çünki, komandanlıq tərəfindən bütün çətinliklər öncədən nəzərə alınıb. Şəraitə uyğun olaraq bütün çətinliklər qarşılanıb. Qışın necə sərt keçməsindən asılı olmayaraq bütün təminatımız ən yüksək səviyyədədir. Burada bizim üçün, yeganə qalan Vətənə layiqli xidmətimizi yerinə yetirməkdir. Çox şükürlər olsun ki, bu gün də bunun öhdəsindən gəlirik. Verdiyiniz suala cavab olaraq isə bildirim ki, istənilən hava şəraitində düşmənin hərəkəti bizim nəzarətimizdədir.

Hərbi qulluqçumuz, bütün təmas xətti boyunca olduğu kimi, burada da düşmənin vaxtaşırı təxribat xarakterli əməllərə əl atdığını bildirir. Bu cür hallarda əsgərlərimiz tərəfindən düşmənin əsl xislətlərinə layiq olan cavabları verdiklərini deyir. Qarşıdan gələn mühərrik səsi diqqətimizi çəkdiyindən söhbətimizə ara verib qarşı tərəfi müşahidə edirik. Müşahidə cihazı ilə ermənilərin durduğu posta gələn “Kamaz” markalı avtomobilin hərəkətini görürük. Hələ durduqları posta çatmağa xeyli qalmış yük avtomobilinin dayandığını müşahidə edirik. Nə olduğunu müəyyənləşdirmək üçün, müşahidələrimizi davam etdiririk. Maşının kabinəsini qaldıran erməni əsgərlərinin bir xeyli qurdalanmasından belə məlum olur ki, avtomobilin mühərrikində nasazlıq var. Digər məntəqələrdə keşik çəkən əsgərlərimizlə görüşmək üçün, müşahidələrimizə ara veririk. Yerimizi dəyişib lap ön xəttə gəlirik. Burada da bizi qarşılayan əsgərlərimizlə görüşüb söhbətləşirik.

Sabirabad rayonundan həqiqi hərbi xidmətə çağırılan Əsgər Əhmədov deyir ki, iqlim onları daha da möhkəm və fiziki olaraq sağlam edir. Burada xidmət etdiyi aylarda adi qripə belə yoluxmanın olmadığını deyən əsgərimiz bunu yarızarafat şəklində belə dilə gətirir.

- Burada təmiz hava, təmiz su var. Sağlam qalmaq istəyən gəncləri bura dəvət edirəm. Çünki, burada adamın xəstələnmək (gülür) yadına düşmür, burada hər cür şəraitimiz var. Hətta ovlamağa bir az tapılan düşmən əsgəridir ki, onları da imkan yaranan kimi məhv edirik. Ona görə də həmişə yeraltından hərəkət edirlər.

Əsgərin bu sözləri hər birimizin simasında xoş bir təbəssüm yaradır. Qərargaha gəlir, əsgərlərin açdığı bol nemətli bir süfrə ilə qarşılaşırıq. Əsgərlərin yataq otağı, ərzaq anbarı, geyim əşyalarının saxlandığı otaqlarda yaradılan səliqə-sahman xüsusilə diqqət çəkir. Söhbətimiz zamanı əsgərlərimizin hər birinin üzündə olan xoş ifadəni sezmək o qədər də çətin deyildi. Bu cür əhval-ruhiyyənin yüksək olduğu bir orduda olan ruh yüksəkliyi, düşməni məhv etmək istəyi, arzuladığımız qələbənin elə də uzaqda olmadığına bir daha əminlik yaradır.

Daşqın Güneyli
Ordu.az

Teqlər: Murovdağ   Azərbaycan-ordusu  

Murovdağda şərəfli xidmət: “Burada, adamın xəstələnmək yadına düşmür” (FOTOLAR)

2018/11/45826-20046225199.jpg
Oxunub: 3128     15:15     12 Noyabr 2018    