Son bir gündə Yəmənin Hudeydə şəhərində 149 nəfər həlak olub

2018/11/23423-1542013716.jpg
Oxunub: 351     13:15     12 Noyabr 2018    
Yəmənin Hudeydə şəhərində hökumətə bağlı qüvvələr və qiyamçılar arasındakı qarşıdurmalarda aralarında dinc sakinlərin də olduğu ən azı 149 insanın öldüyü bildirilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat bu gün hərbi mənbələr tərəfindən yayılıb.

Hudeydədə bir ordu rəsmisi ətraflı məlumat verməsə də, 7 mülki şəxsin öldüyünü təsdiqləyib.

Tibb işçilərinin verdiyi məlumatda isə bildirilir ki, son bir gündə davam edən döyüşlərdə 110 qiyamçı və 32 hökumət tərəfdarı döyüşçü öldürülüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Hudeydə limanını ələ keçirmək üçün Husi qiyamçılarına qarşı geniş miqyaslı hücumlara başlayıb.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Yəmən   Hudeydə  

Son bir gündə Yəmənin Hudeydə şəhərində 149 nəfər həlak olub

2018/11/23423-1542013716.jpg
Oxunub: 352     13:15     12 Noyabr 2018    