İtaliya F-35-lərlə bağlı azalmaların siqnallarını verir

2018/11/UZVYN-1542012669.jpg
Oxunub: 351     12:49     12 Noyabr 2018    
İtaliya daha öncə planlaşdırılanın əksinə olaraq qarşıdakı beş ildə 10 ədəd əvəzinə 6 ya da 7 ədəd F-35 döyüş təyyarəsi alacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat İtaliya hökumətindəki mənbə tərəfindən yayılıb.

Bildirilir ki, iyun ayında hakimiyyətə gələn, sosial təminat proqramları və vergilərin azalması üçün hərbi xərclərini yenidən gözdən keçirən İtaliya hökuməti F-35 qırıcılarıyla bağlı proqramı da nəzərdən keçirir.

Mənbənin verdiyi məlumatda qeyd olunub ki, öncəki hökumət ümumi olaraq 60 ədəd F-35A və 30 ədəd F-35B alacağını planlaşdırırdı. Yeni hökumət 5 illik mandatı dövründə diqqəti xərclərə yönəldəcək ki, nəticədə ABŞ-la yeni dəyişiklərlə bağlı danışıqların aparılması gözlənilir.

Xatırladaq ki, İtaliya hökumətinin ötən ay yaydığı F-35 proqramı ilə bağlı xərclərində, proqrama 2019-cu ildə 766 mln avro, 2020-ci ildə isə 783 mln avro sərf ediləcəyi qeyd olunur.

İlkin Məmmədov
Ordu.az

Teqlər: İtaliya   F-35  

İtaliya F-35-lərlə bağlı azalmaların siqnallarını verir

2018/11/UZVYN-1542012669.jpg
Oxunub: 352     12:49     12 Noyabr 2018    