Qərb və SSRİ arasında casus şəbəkəsi: Kim kimə işləyib?

2018/11/wx108-4626013794.jpg
Oxunub: 860     10:31     12 Noyabr 2018    
Haynts Felfinin adı dünyanın ən yaxşı kəşfiyyatçıları arasında əhəmiyyətli yer tutmağa layiqdir. O, Qərb kəşfiyyat orqanları arasında uzun müddət və müvəffəqiyyətlə Sovet İttifaqının lehinə uğurla fəaliyyət göstərib, 1950-ci illərdə isə faktiki olaraq Qərbi Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) işini on illik bir müddətə iflic edə bilib.

Drezden əxlaq polisi rəhbərinin oğlu olan Haynts (1918-2008), on üç yaşında Milli Sosialist Tələbə Birliyinə qatıldı.

1936-cı ildə o, "nəcib və möhkəm bir təşkilat" hesab etdiyi SS təşkilatının üzvü oldu. Haynts səmimi şəkildə inanırdı ki, Hitler "nəhayət alman xalqının Veymar Respublikasında ehtiyac duyduqlarını ona verə bildi: iş, sərt nizam və intizam".

1939-cu ildə Polşa ilə on günlük müharibədə iştirak etdikdən sonra Felfe sətəlcəm oldu və ordudan təxris edildi. Sonra yenidən SS-nin təhlükəsizlik polisində rəhbər vəzifəyə namizəd kimi çağırıldı və Berlinə təhsil almaq üçün göndərildi. Lakin onu Almaniyanın SSRİ-yə hücumu narahat edirdi. Birincisi, gələcək hüquqşünas reyx rəhbərliyinin 1939-cu ilin avqustun 23-də imzalanan hücum etməmək haqqında ikitərəfli paktı necə poza biləcəyini anlaya bilmirdi. İkincisi, xəritəyə baxarkən belə böyük bir ölkə ilə mübarizə aparmaq üçün necə qərar verildiyindən də təəccüblənirdi.

Kəşfiyyatda xidmət

Haynts universitet imtahanlarını qabaqcadan və müvəffəqiyyətlə verdi və 1943-cü ilin martında cinayət axtarış polisinə komissar təyin edildi. Eyni ilin avqust ayının sonunda, RSXA-nın (İmperiya Təhlükəsizlik Baş İdarəsinin xarici kəşfiyyat şöbəsi) VI idarəsinə keçirildi. Kəşfiyyat fəaliyyəti barədə heç bir məlumatı olmamasına baxmayaraq, onu kadr çatışmamazlığı səbəbindən dərhal rəhbər vəzifəyə təyin etdilər. Hər şeylə maraqlanan Haynts özünə aid olmayan sahələri də öyrənməklə Hitlerin 1 nömrəli məşhur əmrinin tələbini dərhal pozdu: Heç kim, ona işində zəruri olandan artıq heç nəyi bilməməli idi.

Felfe, İsveçrə və Lixtenşteyndən məsul olan VI B-3 bölməsinin rəisi idi. İş üç istiqamətdə aparıldı: məlumatın əldə edilməsi, onun qiymətləndirilməsi və istifadəsi. Hayntsın agentləri İsveçrənin tərəfsizliyini davam etdirmək niyyətində olduğunu sübut edən məlumatlar əldə etdilər. ABŞ Dövlət Departamenti ilə İsveçrədəki Amerika səfirliyinin radiodanışıqlarının şifrəsini açmaq üçün açar əldə etmək mümkün oldu. Lakin vəziyyət haqqında hesabatlar, məruzələr və məlumatlar Berlində nəzərə alınmırdı. Hitler, Ribbentrop və Himmler onlara inanmaq istəmirdi, çünki bu məlumatlar onlar tərəfindən tərtib edilən birdəfəlik mənzərəyə uyğun gəlmirdi.

SSRİ-yə rəğbət

İkinci cəbhənin açılması, 1944-cü ilin iyulun 20-də Hitlerə sui-qəsd cəhdi, Felfeni baş verənləri anlamağa məcbur edirdi. O, bir qrup sui-qəsdçilərin məhkəməsində iştirak edir, hətta onlara bir qədər simpatiyası da yaranırdı. ABŞ-ın niyyətləri haqqında onda ilk əldən məlumatlar mövcud idi. Felfe öz agentini ABŞ MKİ-nin rəhbəri Dallesə "Qabriel" ləqəbi altında yaxınlaşdırmağı bacardı. Bu gənc alman özünü nasist rejiminə müxalifətçi kimi qələmə verirdi. Dalles ona açıq şəkildə növbəti Dünya müharibəsində ABŞ və SSRİ arasında qarşıdurma olacağını deyirdi. "Qabriel", MKİ rəhbərinin ətrafindan 1945-ci ilin yazında İsveçrədə ABŞ nümayəndələri və general Volf arasında keçirilən gizli danışıqların detallarını öyrənir. Himmlerin nümayəndəsi olan, SS Oberqruppenfüreri Volf ilə ABŞ nümayəndələri arasındakı gizli əlaqələr haqqında bütün məlumatlar Felfenin şefi Şellenberqə məruzə edilir. Bu dövrdə Felfe ABŞ-ın Almanyanı bir neçə kiçik dövlətə bölməyə çalışdığını, Sovet İttifaqının isə sülhsevər vahid Almaniyanı dəstəklədiyini öyrənir. Bu onda SSRİ-yə daha çox rəğbət hissi oyadır. 1960-cı illərdə Straubinq həbsxanasında general Volfla görüşdə ondan Dalles ilə danışıqlara hansı düşüncə ilə girdiyi soruşuldu. Volf isə belə cavab verdi: "Mən alman əsgərlərini xilas etmək istəyirdim, çünki bilirdim ki, hələ onlara ehtiyac olacaq, gördüyünüz kimi mən haqlı idim". Haynts Hitlerin reyxnin dağılmasını əvvəlcədən hiss edirdi. İşğal olunan ərazilərdə faşistlərin vəhşiliyi və yüz minlərlə insanın məhv edilməsi ilə bağlı bəzi sənədlərlə tanış idi. Nəhayət Felfe faşistlərin cinayətkar olduğuna inandı və bu xidməti tərk etməyə qərar verdi.

1944-cü ildə Miladdan əvvəl Ardennedəki Almaniya ordusunun əks-hücumu zamanı ona alman könüllülərinin müttəfiqlərin arxasına yerləşdirilməsində iştirak etmək təklif olundu. Daha sonra bu tapşırıq ləğv edildi və Felfe müharibənin sonuna qədər Niderlandda qaldı. O, doğma Drezdenin ingilis-amerikan təyyarələrinin qəddar və barbar bombardmanı nəticəsində on minlərlə mülki əhalinin öldürülməsindən dəhşətə gəldi.

Müharibədən sonra jurnalist olan Felfe siyasi və diplomatik dairələrdə geniş əlaqələrə malik oldu. Bonn Universitetini bitirdikdən sonra ümumalman məsələləri uzrə nazirlikdə çalışan Felfe "1950-ci illərin əvvəlində Sovet işğalı zonasında xalq polisinin strukturu" ilə əlaqədar ətraflı bir araşdırma hazırladı.

Bundan sonra Gelenin kəşfiyyat bürosu onu yenidən xidmət etməyə dəvət etdi. Felfeyə Sovet İttifaqına və digər sosialist ölkələrə qarşı əks-cəsusluq əməliyyatlarının inkişaf etdirilməsi həvalə edildi. 1950-ci illərin ortalarından o, hökumət məsləhətçisi məmur dərəcəsi aldı və "Almaniya Federativ Respublikasında Sovet İttifaqına və Sovet nümayəndəliklərinə qarşı əks-casusluq" proqramına rəhbər təyin edildi.

Felfe Almaniyanın Federal Respublikasındakı daxili vəziyyət, kansler Adenauerin siyasəti, onun Fransa maraqlarına qarşı niyyətləri haqqında məlumat əldə etdi. O, Qərbi Almaniya rəhbərliyinin militarist planlarına dair materialları da sovetlərə ötürdü.

BND-dəki fəaliyyəti nəticəsində Felfe Sovet Kəşfiyyatını bu xidmətin niyyətləri barədə məlumatlarla tam təmin edə bilirdi. "Biz BND-Nin təhlükəli hərəkətlərini vaxtında aşkar edirdik. Mən isə öz tərəfimdən onlara qarşı aktiv müqavimət göstərməyə kömək edirdim". Felfe Sovet İttifaqının xüsusi xidmət orqanlarının əməkdaşlarının AFR-da planlaşdırılan həbsləri barədə aidiyyəti qurumları dəfələrlə məlumatlandırdı. 1961-ci ilin noyabrın 6-da həbs olunduqdan sonra Felfenin sorğusu altı ay davam etdi. ABŞ tərəfi də məhkəmədə iştirak edirdi. Haynts Sovet İttifaqına və Almaniya Demokratik Respublikasına şüurlu şəkildə ideoloji səbəblərdən kömək etdiyini söylədi. Məhkəmə 1963-cü ilin iyulun 8-də başladı və iki həftə davam etdi. Hər gecə o, intihar edib etmədiyini yoxlamaq üçün 9 dəfə oyadılırdı. Buna görə prosesin sonuna qədər Felfe təmamilə tükənmiş vəziyyətə idi. Felfeni 14 il müddətinə həbs etdilər.

1969-cu il fevralın 14-də, yağışlı bir gecədə iki avtomobil ADR və AFR dövlət sərhədində yerləşən Herleshauzen nəzarət buraxılış mətəqəsinə gəldi. Onların birində Sovet İttifaqı və ADR həbsxanalarında çəza çəkən 21 nəfər qərb kəşfiyyatının məhbusları gətirildi. Digər "Mersedes" avtomobilində isə Qərbi Almaniya tərəfi yalnız bir məhbusu - Haynts Felfeni gətirdi. Onun belə bir böyük uğursuz agent qrupu ilə dəyişdirilməsi razılaşdırılmışdı.

Həyatdan sonrakı həyat

Üç ildən sonra Haynts Felfe SSRİ-də dissertasiya müdafiə edərək, elmlər doktoru oldu. O, xatirələrini qələmə aldı və sonluğunu belə bitirdi: "Bir kəşfiyyatçı kimi Sovet İttifaqına xidmətimdəki ağır iş illəri, həyatımın ən yaxşı illəri idi". Sovet İttifaqının təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyi böyük töhfələrə, Sovet İttifaqı ilə uzun illər səmərəli əməkdaşlıq etdiyinə görə Haynts Felfe SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanları ilə "Qırmızı Bayraq" və "Qızıl Ulduz" ordenlərinə layiq görüldü. SSRİ DTK-nın rəhbərliyi kəşfiyyatçını "Dövlət Təhlükəsizliyinin Fəxri əməkdaşı" döş nişanı ilə təltif etdi.

2008-ci ildə Almaniyada yaşayan Felfe Rusiyanın FTX rəhbərliyi tərəfindən 90 illik yubileyi münasibətilə təbrik edildi. Həmin ilin mayın 8-də isə o vəfat etdi.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: MKİ   DTK   BND  

Qərb və SSRİ arasında casus şəbəkəsi: Kim kimə işləyib?

2018/11/wx108-4626013794.jpg
Oxunub: 861     10:31     12 Noyabr 2018    