Ermənistan SQ BQ rəisi "1 Mart" hadisələrinin əsas aktorudur: Paşinyan nəyi gizlədir?

2018/11/41549-1542002613.jpg
Oxunub: 528     09:57     12 Noyabr 2018    
Ermənistan SQ Baş Qərargah rəisi Artak Davtyan "1 Mart" hadisələrinin əsas icraçılarındandır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 11-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçaturovun telefon danışıqlarının gizli səs yazısı ictimailəşdirilərkən sonda olan bir məqam diqqətdən kənarda qalıb.

Artur Vanetsyan: O məsələyə də, o, Xaçaturovun müavininə bir şey edin.
Sasun Xaçatryan: Hə o dediyin?
Artur Vanetsyan: Hə...
Sasun Xaçatryan: Əzizim, qoy bir görüm başa düşüm də....
Artur Vanetsyan: Hə, əməliyyat üzə müavinidir.
Sasun Xaçatryan: Yaxşı qoy bir görüm nədir başa düşüm, danışarıq dostum .

Beləliklə ilkin araşdırma orqanının rəhbərləri bugünədək mart hadisələrində Ermənistan Baş Qərargah rəisinin əməliyyat üzrə müavinin kim olduğunu və onunla bağlı nə etmək istədiklərini barədə detallı məlumat verməyiblər.

Erməni nəşrinin əməkdaşı, Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçaturovdan nəhayət 2008-ci ildə Baş Qərargah rəisinin əməliyyat üzrə müavinin kim olduğunu, bu istiqamətdə nə iş görüldüyü, istintaqa cəlb edilməsi, itiham irəli sürülüb-sürülməməsi, əgər ittiham irəli sürülübsə, hansı maddə ilə istintaqa cəlb edilməsi məsələləri ilə maraqlanıb. Ermənistan Xüsusi İstintaq Xidmətindən cavab veriblər ki, məsələ ilkin istintaq sirri olduğundan iki məmur arasında baş tutan telefon danışığında kimi nəzərdə tutduqlarını açıqlaya bilməzlər.

Nəşrin əməkdaşı, Xaçaturovun müavinlərinin tərcümeyi hallarını araşdıraraq, müəyyən edib ki, 2008-ci ilin mart ayları ərəfəsində Baş Qərargah rəisinin əməliyyat üzrə müavini yox, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat idarəsi olub. Bu əməliyyat idarəsinin rəisi isə Ermənistan Silahlı Qüvvələrinin indiki Qərargah rəisi Artak Davtyan olub. Gizli səs yazılarında adı açıqlanmayan məmurun məhz Artak Davtyan olduğu istisna olunmur.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Artak-Davtyan   1Mart  

Ermənistan SQ BQ rəisi "1 Mart" hadisələrinin əsas aktorudur: Paşinyan nəyi gizlədir?

2018/11/41549-1542002613.jpg
Oxunub: 529     09:57     12 Noyabr 2018    