İsrail Qəzza zolağından atılan iki raketi zərərsizləşdirib

2018/11/12073-1542000315.jpg
Oxunub: 285     09:24     12 Noyabr 2018    
İsrail Müdafiə Qüvvələrinin “Dəmir Qübbə” havadan müdafiə sistemləri Qəzza zolağından atılmış iki raketi zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla təxminən gecə 00:07 radələrində Qəzza zolağından İsrail üzərinə atılmış iki raket aşkarlanıb və hər iki raket “Dəmir Qübbə” sistemləri tərəfindən zərərsizləşdirilib.

Dünən ərzində isə İsrailin Qəzza zolağı ilə qonşu bölgəsi Eşkol Regional Şurasında havadan müdafiə sistemlərinin təxminən 7 dəfə həyəcan təbili çaldığı bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

İsrail Qəzza zolağından atılan iki raketi zərərsizləşdirib

2018/11/12073-1542000315.jpg
Oxunub: 286     09:24     12 Noyabr 2018    