Müdafiə Nazirliyi Türkiyə tərəfinə başsağlığı verib

2018/11/0d86c-1541916274.jpg
Oxunub: 555     09:25     11 Noyabr 2018    
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, başsağlığında bildirilir: "Qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Ordu.az

Teqlər: Azərbaycan   Türkiyə  

Müdafiə Nazirliyi Türkiyə tərəfinə başsağlığı verib

2018/11/0d86c-1541916274.jpg
Oxunub: 556     09:25     11 Noyabr 2018    