Asiyadakı silah yarışını Çin alovlandırır?

2018/11/BN-MS-1541847847.jpg
Oxunub: 310     21:33     10 Noyabr 2018    
Son bir neçə onillik ərzində Çin öz hərbi texnologiyası və atəş gücünə çox böyük miqdarda vəsait yatırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun 2015-ci ildəki hərbi xərcləri 204 milyard dollar idisə, bu rəqəm sonrakı illərdə durmadan artmağa davam edib.

Belə ki, Çin 2016-cı ildə müdafiə sahəsinə 215, 2017-ci ildə isə 228 milyard dollar vəsait xərcləyib. Ölkənin ən yeni hərbi modernizasiyası isə onun həm hücum, həm də müdafiə imkanlarının dərindək transformasiyasını nəzərdə tutur.

Çinin növbəti ildə daha 8% artırmağı planlaşdırdığı hərbi büdcəsinin onilliyin sonunda 260 milyard dollara çatması gözlənilir.

Çinin dəyişən milli təhlükəsizlik mühiti və digər dövlətlərlə yumşaq rəqabəti Cənub-Şərqi və Şərqi Asiyada qayğıları sürətlə artırır. Onun qeyri-şəffaf hərbi xərcləri regiondakı hərbi balansla bağlı şübhələri də yüksəltməkdədir.

Nəticə etibarilə region dövlətləri buna adekvat tədbirlər görməyə meyillənirlər. Məhz bu səbəbdən dolayı bir çoxlarına Çinin Asiyadakı silah yarışına öncüllük etməsi və daha da sürətləndirməsi fikri hakim kəsilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Asiya   Çin  

Asiyadakı silah yarışını Çin alovlandırır?

2018/11/BN-MS-1541847847.jpg
Oxunub: 311     21:33     10 Noyabr 2018    