Pentaqon gələcək kontraktlarında kibertəhlükəsizlik tələblərini artırır

2018/11/Link--1541847229.jpg
Oxunub: 286     17:28     10 Noyabr 2018    
Pentaqon gələcək kontraktları üçün kibertəhlükəsizlik mühafizəni artırmaq məqsədilə tələblərini artıracaq.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun satınalma və davamlılıq bölməsinin rəhbəri Ellen Lord bildirib.

“Biz ordunun bütün qollarının istifadə edə biləcəyi yeni standart müqavilə dili hazırlayırıq. Müdafiə sənayesi və tədqiqat sahəsindəki partnyorlarımızla birlikdə çalışaraq məlumatlarımızın gizliliyindən əmin olmağa çalışırıq”, - deyə Lord söyləyib.

Xatırladaq ki, ötən ay Pentaqonun ləvazimatları ilə bağlı aparılan araşdırmadan sonra aydın olub ki, qurum əksər silahlarının kibertəhlükəsizliyini təmin etməkdə uğursuzdur.

Bundan sonra isə ABŞ Müdafiə naziri Ceyms Mettis Çin, Rusiya və digər rəqiblər tərəfindən oğurlana biləcək kritik texnologiyaların müdafiəsi üçün yollar təklif edəcək tapşırıq qüvvəsinin formalaşdırılmasına göstəriş verib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   Kibertəhlükəsizlik  

Pentaqon gələcək kontraktlarında kibertəhlükəsizlik tələblərini artırır

2018/11/Link--1541847229.jpg
Oxunub: 289     17:28     10 Noyabr 2018    