NATO büdcəsi əslində necə formalaşır?

2018/11/5b133-1541932102.jpg
Oxunub: 344     16:40     10 Noyabr 2018    
ABŞ prezidenti Donald Tramp iqtidara gəldikdən etibarən dəfələrlə NATO-nu onun maliyyələşmə sisteminə və digər müttəfiqlərin balanslı məsuliyyət altına girməməsinə görə qınayıb.

Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, bu proses zamanı Tramp NATO barəsində çox sayda yanlış iddialar səsləndirib və onun iş prinsipini təhrif edib.

İyul ayında Tramp özünün “Twitter” hesabında bu fikirləri qeyd edib: “Əvvəlki prezidentlər illər ərzində Almaniya və digər zəngin NATO ölkələrini Rusiyadan müdafiə üçün daha çox ödəməyə sövq etmək məqsədilə uğursuz cəhdlər ediblər. Onlar sadəcə öz xərclərini ödəyirlər. ABŞ isə Avropanın müdafiəsi üçün on milyardlarla dollar xərcləyir və bu ticarətdə çox uduzur”.

Əslində Tramp öz sələflərinin NATO ölkələrinə müdafiə xərclərini qaldırması ilə bağlı təzyiq etdiklərini deməkdə haqlıdır. Lakin onun üzv dövlətləri ABŞ-ın müdafiəsi üçün ödəməlidir iddiaları NATO-nun iş prinsipi barəsində yanlış fikirdir.

NATO illik 1,4 milyard hərbi və 250 milyon dollar mülki büdcəyə sahibdir. Alyansın kollektiv müdafiə prinspinə əsasən hər bir üzv dövlət bu büdcəyə nisbi şəkildə birbaşa töhfə verir.

Ümumilikdə üzv dövlətlərin milli gəlirlərinin nisbətinə əsaslanan formula görə ABŞ bu büdcənin 22%-ni təmin edir.

Birbaşa büdcədən əlavə olaraq NATO 2014-cü ildə hər bir üzv dövlətin 2024-cü ilə qədər öz müdafiə büdcələrini ümumidaxili məhsulun 2%-i həcminə çatdırması ilə bağlı saziş imzaladı.

Hazırda NATO-nun 29 üzvü var və bunların sadəcə 5-nin bu hədəfə nail ola bilməsi gözlənilir. Eyni zamanda ABŞ ən son nəticələrə görə, ÜDM-sinin 3,6%-ni orduya xərcləyir.

2%-lik tələbə çatmayanlar üçün heç bir cərimə nəzərdə tutulmayıb, o sadə bir vədələşmədir. İstənilən halda bu hədəfə çata bilməsələr də, bir çox dövlət artıq hərbi xərclərini qaldırma yolunu tutublar.

Trampın iddia etdiyi kimi ABŞ-ın NATO-nun xərclərinin böyük bir hissəsini təmin etməsi isə yanlış çatdırılmış fikirdir. Belə ki, NATO-ya üzv ölkələrin hamısının birlikdə müdafiə büdcələri 936 milyard dollardır. Özünün güclü iqtisadiyyatı və daxili siyasəti nəticəsində 700 milyard dollara yaxın hərbi büdcəyə malik ABŞ-ın bu məbləğin 67%-ni əlində cəmləyir və Trampın iddiası da məhz bunun üzərinədir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   ABŞ   Hərbi-Büdcə  

NATO büdcəsi əslində necə formalaşır?

2018/11/5b133-1541932102.jpg
Oxunub: 345     16:40     10 Noyabr 2018    