Çin J-10 təyyarəsinin yenilənmiş versiyasını hazırlayıb

2018/11/16546-1541846734.jpg
Oxunub: 563     15:29     10 Noyabr 2018    
Çinin Zuhai şəhərində davam etməkdə olan aviaşouda J-10 qırıcı təyyarəsinin yenilənmiş versiyası nümayiş etdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, J-10B TVC adı verilən təyyarə şouda çoxsaylı uçuşlar həyata keçirib.

Bildirilib ki, təyyarə WS-10 “Taihang” adlı mühərrikdən istifadə edir və onun ərsəyə gətirilməsi Çinin ən qabaqcıl təyyarələr hazırlaya bilmə qabiliyyətini sübut edib.

Qeyd edək ki, Çin öz donanma və Hərbi Hava Qüvvələrinin gücləndirilməsinə nail olsa da, onun mühərrik texnologiyası sahəsindəki zəifliyi qalmaqdadır. Son olaraq bu problemdən dolayı J-20 stels təyyarələrin seriyalı istehsalı təxirə salınıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   J-10  

Çin J-10 təyyarəsinin yenilənmiş versiyasını hazırlayıb

2018/11/16546-1541846734.jpg
Oxunub: 564     15:29     10 Noyabr 2018    