Çin XİN rəhbəri: “Çin ilə ABŞ rabitə və koordinasiyanı gücləndirməlidir”

2018/11/photo-1541839765.jpg
Oxunub: 259     12:58     10 Noyabr 2018    
Çin və ABŞ müsbət nəticələr əldə etmək üçün rabitə, koordinasiyanı gücləndirməlidir.

Ordu.az “Global Times”a istinadən xəbər verir ki, bu fikirləri Çin Xarici İşlər naziri Yanq Cieçi səsləndirib.

Vaşinqtonda ABŞ və Çin XİN, MN rəhbərləri arasında baş tutan görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında iştirak edən Cieçi qarşılıqlı narahatlıqların və fikir ayrılıqlarının tezliklə həll edilməli olduğunu bildirib.

Öz növbəsində Çin Müdafiə naziri Vey Fenqe isə ABŞ və Çin Silahlı Qüvvələrinin dünyada sülh və təhlükəsizliyin təminatı məqsədilə geniş ortaq maraqlar və əhəmiyyətli məsuliyyətləri paylaşdığını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   ABŞ  

Çin XİN rəhbəri: “Çin ilə ABŞ rabitə və koordinasiyanı gücləndirməlidir”

2018/11/photo-1541839765.jpg
Oxunub: 260     12:58     10 Noyabr 2018    