Donbasda daha iki Ukrayna hərbçisi həlak olub

2018/11/15040-1541839134.jpg
Oxunub: 244     12:37     10 Noyabr 2018    
Ukraynanın Donbas vilayətində fəaliyyət göstərən separatçı qüvvələr sutka ərzində atəşkəs rejimini 9 dəfə pozublar.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, separatçılar hücumlar zamanı 120 və 82 mm-lik minaatanlardan istifadə ediblər. Bununla yanaşı iriçaplı pulemyotlar, qumbaraatanlardan da atəş açıldığı bildirilir.

Baş verən qarşıdurmalar nəticəsində Ukrayna ordusunun iki hərbçisi həyatını itirib. Separatçılardan isə iki nəfərin məhv edildiyi və ikisinin isə yaralandığı bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ukrayna   Donbas  

Donbasda daha iki Ukrayna hərbçisi həlak olub

2018/11/15040-1541839134.jpg
Oxunub: 245     12:37     10 Noyabr 2018    