ABŞ və Çin arasında 2+2 danışıqları baş tutdu

2018/11/f-scs-1541839669.jpg
Oxunub: 274     12:06     10 Noyabr 2018    
Birləşmiş Ştatlar ilə Çin Xarici İşlər və Müdafiə nazirləri arasında planlaşdırılan 2+2 formatlı danışıqlar baş tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, daha öncə təxirə salınmış təhlükəsizlik dialoqu Vaşinqtonda keçirilib.

Bildirilir ki, danışıqlar zamanı ölkələr arasındakı hərbi əlaqələr, Cənubi Çin dənizindəki vəziyyət, Tayvan və Koreya yarımadası da daxil olmaqla çox müxtəlif məsələlər müzakirə edilib.

Müzakirələr zamanı Pompeo və Mettis ilk dəfə olaraq Pekinin Cənubi Çin dənizindəki adalara yerləşdirdiyi raketləri buradan çəkməsini tələb ediblər.

“Birləşmiş Ştatlar Çini Spratli adalarında mübahisəli bölgələrdən öz raketlərini çəkməyə çağırıb və bir daha bu zonadakı bütün ölkələrin qarşıdurma meydana gətirə biləcək addımlar atmamalı olduğunu vurğulayıb”, - deyə görüşdən sonra yayımlanan bəyanatda qeyd edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

ABŞ və Çin arasında 2+2 danışıqları baş tutdu

2018/11/f-scs-1541839669.jpg
Oxunub: 275     12:06     10 Noyabr 2018    