Tramp və Makron Pariş danışıqlarında toqquşa bilər

2018/11/18042-1541834242.jpg
Oxunub: 255     11:16     10 Noyabr 2018    
ABŞ prezidenti Donald Trampın fransalı həmkarı Emmanuel Makronla bu gün Parisdə baş tutacaq danışıqlarda mübahisə edə biləcəyi bildirilir.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Makronun müstəqil və gerçək “Avropa Ordusu” yaratmaqla bağlı səsləndirdiyi təklifdir.

Xatırladaq ki, Tramp həftəsonunu Birinci Dünya Müharibənin başa çatması ilə bağlı təşkil olunacaq tədbirlərdə iştirak etmək məqsədilə Parisdə keçirəcək.

Səfər çərçivəsində Tramp və Makronun Fransa prezident sarayında danışıqlar aparması da planlaşdırılıb. Bu danışıqların əsas mövzusunun Trampın ötən əsrdə imzalanmış orta mənzilli nüvə silahları ilə əlaqədar müqavilədən çıxma planının olması gözlənilir.

Lakin bu səfərin Makronun “Avropa Ordusu” yaratma təklifindən bir neçə gün sonraya təsadüf etdiyini və Trampın bu təklifə dair bəyanatını nəzərə alsaq, prezidentlər arasında potensial qarşıdurmanın meydana gəlməsi mümkündür.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Makron  

Tramp və Makron Pariş danışıqlarında toqquşa bilər

2018/11/18042-1541834242.jpg
Oxunub: 256     11:16     10 Noyabr 2018    