Almaniyada büdcə komitəsi hərbi xərclərin artırılmasına razılaşıb

2018/11/10503-1541833915.jpg
Oxunub: 217     11:33     10 Noyabr 2018    
Almaniya parlamentinin büdcə komitəsi 2019-cu ildə hərbi xərclərin artırılmasına razılıq verib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə razılıq təqribən 15 saatlıq gərgin müzakirələrdən sonra əldə edilib.

Bildirilir ki, danışıqların bu qədər uzun sürməsi bəzi millət vəklillərinin təklifə etiraz etməsi olub. Belə ki, onlar orduya ayrılacaq əlavə vəsaitin bərpaolunan enerji kimi digər sektorlara xərclənməsini təklif ediblər.

Lakin nəticədə bir çox əlavə və düzəlişlərlə belə olsa, müdafiə büdcəsinin artırılmasına dair razılığa gəlmək mümkün olub. Qəbul edilən qərara əsasən Almaniya Müdafiə Nazirliyinə yeni transport helikopterlərinin alınması məqsədilə əlavə vəsait ayrılacaq və yekun hərbi büdcə gələn il 43,2 milyon avro təşkil edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Almaniya   Müdafiə-Büdcəsi  

Almaniyada büdcə komitəsi hərbi xərclərin artırılmasına razılaşıb

2018/11/10503-1541833915.jpg
Oxunub: 218     11:33     10 Noyabr 2018    