Ermənistanda hərbçi qəza törədib: Yaralı var

2018/11/45854-6167333452.jpg
Oxunub: 348     10:55     10 Noyabr 2018    
Bu gün səhər 08:50 radələrində Armavir vilayətində, Eçmiədzin-Aştarak yolunun Şahumyan kənd inzibati ərazisində ВАЗ 21144 və "Opel" markalı avtomobillər toqquşub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, toqquşma nəticəsində ВАЗ 21144 markalı avtomobil çevrilib, "Opel" markalı avtomobil isə yolun hərəkət hissəsindən çıxaraq beton dirəyə çırpılıb.

Qəzada xəsarət alan "Opel" markalı avtomobilin sürücüsü xəstəxanaya təxliyyə edilib.

Məlumata görə, ВАЗ 21144 markalı avtomobilin sürücüsü Vahe Hakobyan erməni ordusunun N saylı hərbi hissəsində komandir kimi xidmət edir. Qəza törədənlərdən birinin hərbçi olduğuna görə hadisənin araşdırılmasına hərbi polis əməkdaşları da cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: erməni-hərbçi   qəza  

Ermənistanda hərbçi qəza törədib: Yaralı var

2018/11/45854-6167333452.jpg
Oxunub: 349     10:55     10 Noyabr 2018    