Mülki müdafiə alayının gənc əsgərləri and içiblər

2018/11/DSC08-1541829744.jpg
Oxunub: 271     10:03     10 Noyabr 2018    
Bu gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, Andiçmə mərasimi “9 noyabr-Dövlət Bayrağı Günü”nə təsadüf etdiyi üçün hərbi hissədə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunub.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Dövlət Bayrağı meydana gətirilib. Daha sonra isə gənc əsgərlər Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Bildirilib ki, hərbi anda sadiq qalmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir. Hərbi andı qəbul edən gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyacaqlarına, bundan ötrü qanını və canını əsirgəməyəcəyinə təntənəli surətdə and içiblər.

Sonra çıxış edənlər Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasında Silahlı Qüvvələrimizin rolundan, Mülki müdafiə alayının inkişaf tarixindən, Fövqəladə Hallar Nazirliyinə, onun struktur qurumlarına göstərilən dövlət qayğısından ətraflı bəhs edib və gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar. Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.

Andiçmədən sonra “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları hərbi hissədə yaradılan yaşayış və məişət şəraiti, əsgər yataqxanası və yeməkxana ilə yaxından tanış olub, xilasetmə texnika və avadanlıqları onlara təqdim olunub.

Ordu.az

Teqlər: Azərbaycan   Naxçıvan   Andiçmə  

Mülki müdafiə alayının gənc əsgərləri and içiblər

2018/11/DSC08-1541829744.jpg
Oxunub: 272     10:03     10 Noyabr 2018    